Ukrayna ABŞ-dan qadağan edilmiş bombanı istəyir

Ukrayna ABŞ-dan qadağan edilmiş bombanı istəyir

Ukrayna ABŞ konqresmenlərindən Bayden administrasiyasına aviasiya kaset bombalarının növbəti hərbi yardım paketinə daxil edilməsinə təsir göstərməyi xahiş edir.

Axar.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

“Söhbət MK-20 kaset bombalarından gedir. Ukrayna onları dronlar vasitəsilə atmağı planlaşdırır. Bundan əlavə, Kiyev artıq Vaşinqtondan 155 millimetrlik kasetli artilleriya mərmiləri də istəyib”, – məlumatda qeyd olunub.

Qeyd edək ki, kaset bombaları 120-dən çox ölkədə qadağan edilib.

COMMENTS