Ukrayna millisində müvəqqəti baş məşqçi

Ukrayna millisində müvəqqəti baş məşqçi

Ukraynanın gənclərdən ibarət milli komandasının çalışdırıcısı Ruslan Rotan ölkənin əsas millisinin müvəqqəti baş məşqçisi təyin edilib.

Qol.az xəbər verir ki, bu barədə Ukrayna Futbol Federasiyasının saytı məlumat yayıb.41 yaşlı mütəxəssislə anlaşma qurumun danışıqlar apardığı Serxi Rebrovun gəlişinə qədər hesablanıb. “Əl-Ayn”i çalışdıran Rebrovun iyunda milliyə təyinatının rəsmiləşəcəyi gözlənilir.

Qeyd edək ki, Ukrayna millisinin son baş məşqçisi Aleksandr Petrakov yanvarda istefa verib.

COMMENTS