Ukraynada azərbaycanlı ata oğlunun qatilini belə öldürdü…

Ukraynada azərbaycanlı ata oğlunun qatilini belə öldürdü…

Ukraynanın Çernovts şəhərində ötən gün iyulun 19-da dəhşətli qətl hadisəsi baş verib. Hadisə anbaan videomüşahidə kameralarında öz əksini tapıb. Bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Məlumata görə hüquq-mühafizə orqanlarının əməkdaşları qətli törətməkdə şübhəli bilinən şəxsi saxlayıblar.

Videogörüntülərdən aydın olur ki, bir nəfər şəxs telefonla danışır. Həmin vaxt ona bir başqası yaxınlaşır və yumruqla vurmağa başlayır. Hər ikisi yerə yıxılır, yerdə süpürləşirlər. İri gövdəli olan silah çıxararaq o birinə atəş açır. Yaralı nərdivanın üstünə yıxılır, hadisəni törədən isə qaçaraq uzaqlaşır.

Polis əməkdaşları hadisə yerinə gələrkən 58 yaşlı kişinin baş nahiyyəsindən aldığı atəş nəticəsində öldüyünü müəyyənləşdiriblər. Polis bölməsindən verilən məlumata görə, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Qətldə şübhəli bilinın şəxsi bir neçə dəqiqə ərzində müəyyənləşdirmək mümkün olub. Məlum olub ki, bu, Ukraynada yaşayan 54 yaşlı Azərbaycan vətəndaşıdır. O, hüquq-mühafizə orqanları tərəfindən həbs edilib. Ona qarşı Ukrayna Cinayət Məcəlləsinin qəsdən adam öldürmə və qanunsuz silah saxlama maddələri ilə ittiham irəli sürülüb.

Qətlin motivinə gəlincə isə bu barədə hüquq-mühafizə orqanları susmağa üstünlük veriblər.

Ukrayna mətbuatının yazdığına görə, bu hadisə sıradan bir qətl deyil, qisasdır. Guya, 54 yaşlı şəxs digərinin atasını öldürüb, o da öz növbəsində ötən il  onun oğlunu qətlə yetirib. Lakin bu versiyanı polis bölməsində nə təsdiq, nə də təkzib ediblər.

Qeyd edək ki, ötən ilin avqustunda Çernovts şəhərində Azərbaycandan gəlmiş iki ailə arasında kütləvi dava baş vermişdi. Həmin davada gənc oğlan öldürülmüşdü.

İ.Rafiqqızı

Virtualaz.org

COMMENTS