Ukraynada karantin rejimi ilə əlaqədar soydaşlarımıza yardım edilir

Ukraynada karantin rejimi ilə əlaqədar soydaşlarımıza yardım edilir

Son günlər dünyanı lərzəyə gətirən COVID-19 pandemiyası bir çox ölkələrin iqtisadiyatını çökdürməklə yanaşı, insan həyatı üçün olduqca təhlükəli olduğunu isbatladı.

Əlbətdə ki, dünyada gedən proseslər və koronavirusa (COVID-19) qarşı aparılan təqdirəlayiq işlər demək olar ki, bir neçə ölkədə qarşısı alınmaq üzrədir. Aparılan araşdırmalara görə, COVID-19 koronavirusun tamamilə yeni növüdür və tibb ictimaiyyəti, həmçinin səhiyyə sahəsinin əməkdaşları onun davranışı barədə ən azından virusla mübarizə çərçivəsində öyrənirlər. Mübarizə strategiyası isə, öz növbəsində, ən son məlumatlara əsaslanır.

Müxtəlif ölkələrin təcrübəsindən aydın olur ki, virus özünü necə aparır, onu necə dayandırmaq və ondan necə xilas olmaq mümkündür. Əslində, ölkələrdə tədbiq edilən karantin rejimi müsbət mənada bu virusun qarşı alınması üçün ən real təklif idi.  Digər ölkələr kimi Ukraynada da karantin rejimin tədbiqi və lazımı tədbirlər sözün həqiqi mənasında ümüdvericidir. Lakin soydaşlarımızın karantin rejimi ilə əlaqədar dövlət qanunlarına riayət etdikləri, eyni zamanda bu bəladan qorunması üçün atdığı addımlar alqışlanır.

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadovun soydaşlarımıza göstərdiyi diqqət və qayğı gözlənilən idi. Vətəninə, elinə bağlı insanın xeyriyyəçilik təşəbbüsü və Ukraynada yaşayan soydaşlarımızın problemi istiqamətində səylə çalışması dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Onu da nəzərinizə çatdıraq ki, karantin rejimi ilə əlaqədar müraciət edən ailələrə heç də az deyil. Ehtiyacı olan ailələr qaynar xəttlə əlaqə saxlayır, diasporaya dəvət edilir və lazımı köməklik göstərilir. Bizimlə əlaqə saxlayan soydaşlarımız H. Cavadova öz dərin minətdarlıqlarını bildirir və tezliklə bəladan qurtulacaqlarını vurğuladılar.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru doktor Tedros Gebreyesus COVID-19 pandemiyası ilə bağlı tətbiq olunan məhdudiyyətlərin ləğvi məsələsinə həddən artıq ehtiyatla yanaşmağa çağırıb. Deməli, karantin rejimi davam edəcəyi istisna edilmir.

DOSYE.ORG

COMMENTS