Ukraynada ruspərəst siyasətçi öldürüldü

Ukraynada ruspərəst siyasətçi öldürüldü

Ukraynanın cənubunda yerləşən Xerson şəhərində siyasətçi Dmitri Savluçenko qətlə yetirilib.

Modern.az xəbər verir ki, Rusiya tərəfindən region üzrə Gənclər və İdman İdarəsinin rəisi təyin edilən Dmitri Savluçenko şəxsi avtomobilində partladılaraq öldürülüb.

Ukrayna tərəfi ruspərəst siyasətçini ölkənin müdafiəçilərinin öldürdüyünü açıqlayıb.

“Partizanlarımızın daha bir qələbəsi. Rusiyapərəst fəal və xain səhər saatlarında Xersonun küçələrindən birində maşında partladılıb”, – Xerson Mülki Hərbi Administrasiyasının rəhbərinin müşaviri Serhii Klan sosial şəbəkə hesabında yazıb.

DOSYE.ORG

COMMENTS