Ukraynanın taleyini müəyyən edən yer – Mariupol

Ukrayna ordusu şəhərin ətrafında barrikada quraraq müdafiə olunur

 

Ukraynanın şərqində, Mariupol şəhəri yaxınlığında hökumət qüvvələri ilə Rusiya-yönümlü qüvvələr arasında döyüşlər davam edir. Böyük Britaniyanın “Sky News” telekanalı şəhər ətrafında döyüşləri əks etdirən kadrlar yayıb.

Kadrlarda rusyönümlü qüvvələr tərəfindən istifadə olunduğu ehtimal edilən çox sayda nəqliyyat vasitələrinin yanması əks olunub. Həmin nəqliyyat vasitələrinin Ukrayna hərbçilərinin nəzarəti altında olan Mariupol şəhərindən rusyönümlü qüvvələrə endirilən mərmi zərbələri nəticəsində yandığı bildirilir. Hərbçilər özlərinin də 120 millimetr kalibrli mərmilərdən atəşə tutulduqlarını deyirlər.

Mariupol ətrafındakı yollarda ukraynalı əsgərlər barrikadalar quraraq, şəhərə girişin qarşısını alıblar.(ANS)

COMMENTS