UNESCO-da ilk sivilizasiya məkanı Qobustana həsr olunan tədbir keçiriləcək

UNESCO-da ilk sivilizasiya məkanı Qobustana həsr olunan tədbir keçiriləcək

AzərTAc xəbər verir ki, sentyabrın 15-də Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyinin təşkilatçılığı, Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə qurumun mənzil-iqamətgahında eramızdan 35-34 min əvvəlki dövrə təsadüf edən ilk sivilizasiya məkanı Qobustan ilə bağlı tədbir keçiriləcək.

 

Tədbirdə bəstəkar Fərəc Qarayevin ibtidai icma dövründə yaşamış insanların həyatından bəhs edən “ Qobustan “ baleti göstəriləcək. Balet “ Od”, “Günəş”, “Ov” və “ Rəssam” adlı dörd hissədən ibarətdir.

Həmin gün 2007-ci ildə UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilən Qobustan Milli Tarixi-Bədii Qoruğuna həsr edilən sərginin rəsmi açılışı olacaq.

Sentyabrın 19-dək davam edəcək sərgidə qayaüstü təsvirləri, mağaraları əks etdirən fotolarla yanaşı, digər əyani vasitələr də nümayiş etdiriləcək.

COMMENTS