Universitetlərin təhsil haqlarındakı fərqlər nədən irəli gəlir?

Hazırda Azərbaycanda eyni ixtisasın illik ödəniş haqqı ayrı-ayrı ali təhsil müəssisələrində fərqlidir. Məsələn, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin illik ödənişi 1500 manat olduğu halda, Slavyan Universitetində bu məbləğ 1800 manat təşkil edir.

 

Bu fərqin səbəbini Təhsil Nazirliyinin elm və ali təhsil şöbəsinin müdiri Gültəkin Hüseynova Modern.az-a açıqlamasında belə izah edib:

“Ali təhsil müəssisəsinin hər hansı ixtisas üzrə təhsil haqqı bir təhsilalana çəkilən xərc, onun maddi-texniki bazası, kadr potensialı və digər məsrəfləri nəzərə alınmaqla həmin müəssisə tərəfindən müəyyən edilir”.

COMMENTS