Vətəndaş İlham Əliyevə müraciət etdi

Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə,

 Sürəti:Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərova,

Sürəti:Ədliyyə Naziri cənab Fikrət Məmmədova,

Sürəti: Baş Prokuror cənab Zakir Qaralova,

Sürəti: Daxili İşlər Naziri cənab Ramil Usubova,

Sürəti: OMBUDSMAN xanım Elmira Süleymanova,

Sürəti: Dosye.org saytının rəhbəri cənab Elman Qənbərova.

Sürəti: Gündemxeber.az saytının rəhbəri cənab Şirin Cəfəriyə 

Cənab prezident,

 

Müraciəti sizə ünvanlamaqda məqsədim dözülməz vəziyyəti diqqətinizə çatdırmaqdır. Siz ölkə başçısı olaraq hər birimizin halına acıyıb, köməkliyinizi əsirgəməmisiniz. İlk olaraq sizin ” Mən hər bir azərbaycanlının prezidentiyəm” dediyiniz kəlam məni birbaşa sizə üz tutmağa vadar etdi. Bir ana kimi hər zaman sizin siyasi fəaliyyətinizi dəstəkləyib, prezident seçkilərində ailəmizlə birlikdə sizə səs verməyimizi özümüzə borc bilmişik. Və düşünmüşük ki, mərhum Heydər Əliyevin davamçısı cənab İlham Əliyev millətinə, vətəninə bağlı lider olaraq, Ulu Tanrının Azərbaycan xalqına bəxş etdiyi siyasətçidir. Siz bunu ölkədə və ölkə xaricində yürütdüyünüz siyasi fəaliyyətinizdə sübüt etmisiniz. Sizin haqqınızda danışmaq nə qədər şərəfdirsə, bir o qədər məsüliyyətli işdir.

 

Cənab prezident,

 

Mətləbə keçməzdən öncə bildirim ki, mən iki övladımı atasız böyüdüb boya-başa çatdırmışam. Bizim ailəmizi tanıyanlar mənim əziyyətimi bilir, halıma acıyırlar. Bütün bünlara baxmayaraq əziyyətlərə qatlanıb atasız övladlarıma halal çörək qazanıram. Lakin məni kimsəsiz bilənlər hər vasitə ilə çirkin əməlləri reallaşdırmağa çalışırlar. Mən iki övladımla Bakının Nərimanov rayonunda kirayə yaşayırdım. Kirayədə yaşadığım mənzildə mənim qız övladıma fiziki zor tədbiq edən Baqiri Pərviz ona qarşı misli görünməyən vəhşilik etmişdir.  Bu barədə Nərimanov rayon prokurorluğuna məlumat versəmdə heç bir araşdırma aparılmayıb.

 

Cənab prezident,

 

Sizdən ana kimi bir xahişim var. Mənim üçün yaşamaq bir o qədər də maraqlı deyil. Qız övladıma qarşı dözülməz vəziyyətlə üz-üzəyəm. Hər bir ana övladının xoşbəxtliyi naminə hətda canını fəda etməyə belə hazırdır. Mənim qızımı bədbaxt edən və pakirəliyini pozan xainin cəzasız qalmayacağına əminəm. Mən inanıram ki, ölkə başçısı kimi işin araşdırılması üçün aidiyyətli qurumlara göstəriş verəcəksiniz. Ən azından cəmiyyətimizə yarsız insanlar öz layiqli cəzasını alacaqlar.

 

Hörmətlə: Əhmədova Kamalə Əyyar qızı

COMMENTS