Vətəndaşdan təkrar pul yığılmasına son qoyulmalıdır – Deputat

Vətəndaşdan təkrar pul yığılmasına son qoyulmalıdır – Deputat

Azərbaycan vətəndaşları dövlətin idarəetmə xərclərini vergilərlə öz üzərinə götürüb. Hesab edirəm ki, vətəndaşın hansısa sənəd alarkən rüsum ödəyib-ödəməməsi məsələsinə baxılmalıdır.

Bunu parlamentdə çıxışı zamanı BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib.

“Niyə vətəndaş vəsiqə almaq üçün 40 manat ödəməlidir? Vətəndaş üzrsüz səbəbdən vəsiqə alırsa, yəni özü itiribsə və ya xarab edibsə, bu halda rüsum ödəsin. Yox, əgər vəsiqənin sadəcə dəyişdirilməsinin vaxtı çatıbsa, niyə pul ödəsin? Onsuz da vətəndaş həmin qurumu saxlamaq üçün vergi ödəyir. Məncə, bu formada vətəndaşdan təkrar pul yığılmasına son qoyulmalıdır”, – millət vəkili əlavə edib.

COMMENTS