VALLAH BU DÜNYANIN TƏRƏZİSİ VAR

Dostum sözlərimə yaxşı qulaq as,

Vallah bu dünyanın tərəzisi var .
Beşgünlük dünyadır deyib yaşama, 
Vallah bu dünyanın tərəzisi var.

 

Tutduğun əməllər deyildir xəlvət ,
Başına gələndən sən götür ibrət.
Acı olan şeyə gəl demə şərbət,
Vallah bu dünyanın tərəzisi var.

 

Böhtanı özünə eyləmə silah,
Çünki şər işləri götürmür allah.
Bir gün kəndirini kəsəcək billah, 
Vallah bu dünyanın tərəzisi var.

 

Özündən zəifi basıb əzmə sən, 
Özündən güclüyə rast gələcəksən.
Bilki əkdiyini sən biçəcəksən,
Vallah bu dünyanın tərəzisi var.

 

Əhməd Məlik, dediklərin bəs edər
Cansız bir güzgüyə salginən nəzər
Onunda ağ üzü qarası qədər
Vallah bu dünyanın tərəzisi var

 

Şeirin Müəllifi Azərbaycan Texnologiya universiteteinin Professoru Əhmət Məlik

COMMENTS