Van Qal: “İstefa verə bilərəm”

“Ard-arda üç oyunda məğlub olduq. Vəziyyət dəyişdi. Uduzulan matçlarda komandanın başında mən olmuşam. Ona görə də insanların məndən gözləntiləri var. Klub rəhbərliyinin yanımda olub-olmadığını görəcəyik”.
 
Qol.az bildirir ki, bu sözləri “Mançester Yunayted”in baş məşqçisi Lui van Qal İngiltərə Premyer Liqasının 18-ci turunda “Stok Siti”yə 0:2 hesabı ilə uduzduqları matçdan sonra deyib.
O, istefa verməyinin mümkünlüyündən bəhs edib:
 
“Klub məni qovmaq məcburiyyətində deyil, bunu mən də edə bilərəm”

COMMENTS