Vilyam Hacıyev apellyasiya şikayəti verib

Vilyam Hacıyev apellyasiya şikayəti verib

İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı qərardan şikayət verilib.

Virtualaz.org bildirir ki, şikayətə bu gün Bakı Apellyasiya Məhkəməsində baxılacaq. İş hakim Əli Seyfəliyevin icraatına verilib.

Xatırladaq ki, istintaq orqanı tərəfindən Vilyam Hacıyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 311.3.3-cü (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.

Səbail Rayon Məhkəməsi tərəfindən V. Hacıyev barəsində dörd aylıq həbs qətimkan tədbiri seçilib.

Bu il sentyabrın 2-də elə həmin Səbail Rayon Məhkəməsinin qərarı ilə Vilyam Hacıyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti üç aya qədər uzadılıb.

DOSYE.ORG

COMMENTS