Xətai ƏSMM-in müdirinin maraqlı “dosyesi”

Sərdar Xıdırovun ali təhsilli olmadığı və saxta «diplom» aldığı deyilir

 

Bir müddət Xətai Əmək və Əhalisinin Sosial Müdafiə Mərkəzinin (ƏƏSMM) müdiri Sərdar Xıdırovdan şikayətçi düşən rayon sakinləri onun yeni rüşvət mexanizmi seçdiyini bildirirdilər. Mətbuatda yazılanlardan belə məlum olurdu ki, sözügedən şəxs Xətai rayonunda yaşayan imkansız ailələrin etdiyi müraciətlərinə baxsa da, onlarla şərtlə danışıb.

Belə ki, Xıdırov onlardan alınacaq ünvanlı sosial yardımın 50 faizini özünə götürəcəyini təklif edir. Və başqa prinsip qəbul etmir. Bu günlərdə isə JAM.AZ-a daxil olan yeni məlumatlarda daha bir iddia gündəmə gəlib.

Həmin məlumatlarda vurğulanır ki, Sərdar Xıdırov hələ 2003-cü ildə İsmayıllı rayonunda yerli ƏƏSMM-in müdiri postuna təyinat alıb. Həmin vaxt onun ali təhsilinin olmadığını iddia edən şəxslər bildirir ki, sözügedən şəxs sonradan guya, qiyabi ali təhsil alıb. Lakin onun aldığı ali təhsil sənədi olan diplomun saxta olduğunu iddia edirlər. «Dövlət qulluğuna qəbul zamanı ali təhsil vacib şərt sayılır. Görəsən, Xıdırovu vəzifəyə götürənlər bunu niyə nəzərə almayıblar?»

Qarşı tərəfin də mövqeyini öyrənməyə çalışdıq. Lakin istəyimizə nail ola bilmədik. Amma Sərdar Xıdırovun da irəli sürülən iddialarla bağlı fikirlərinə yer ayırmağa hazırıq.

COMMENTS