Xətai bələdiyyəsinin sədri həbs olunacaq

Xətai bələdiyyəsinin sədri həbs olunacaq

bele.jpg

Xəbər verdiyimiz kimi, Xətai bələdiyyəsinin sədri Teymur Məmmədov vəzifəsini tərk edib. 28 mart 2016-cı il tarxində keçirilən bələdiyyə iclasında sədrin istefa ərizəsi qəbul edilib. Həmin iclasda keçmiş sədrin bələdiyyə üzvlüyünə xitam verilməsiylə bağlı da Mərkəzi Seçki Komissiyasına müraciət edilməsi qərara alınıb.

Səbəb kimi Teymur Məmmədovun səhhətinin qənaətbəxş vəziyyətdə olmaması göstərilir. Hazırda sədrin səlahiyyətləri sədr müavini Əliyar Əliyevə həvalə edilib. Məlumata görə, sədrin istefası heç də Teymur Məmmədovun səhhətiylə bağlı deyil. Belə ki, onunla eyni gündə rayon memarı Xətai Rayon İcra Hakimiyyəti başçısının sərəncamıyla tutduğu vəzifədən azad edilib. Hər iki məsul vəzifəli şəxsin eyni gündə vəzifəsini itirməsinin rayon ərazisində qanunsuz torpaq satışıyla bağlı olduğu deyilir.

Qeyd edək ki, Teymur Məmmədov 2014-cu ilin dekabrında bələdiyyə üzvü, 2015-ci ilin yanvar ayından isə bələdiyyə sədri vəzifəsinə seçilmişdi. Özəl mənbələrdən aldığımız son məlumatlara görə, vəzifəsini itirən bələdiyyə sədri hazırda təşviş içindədir: «Bu şəxs vəzifədə olduğu müddətdə rayon ərazisindəki bəzi torpaq sahələrini köhnə sənədlə müxtəlif şəxslərə satıb. Bu işlərin üstü açılandan sonra isə icra başçısı Razim Məmmədov keçmiş sədri tək qoyub.

Deyilənə görə, bələdiyyənin sabiq sədrinin fəaliyyətindəki qanun pozuntuları ilə bağlı zəruri materiallar toplanaraq aidiyyəti istintaq orqanlarına verilib. Yəni bu o deməkdir ki, keçmiş sədr işlədiyi müddətdə yol verdiyi nöqsanlara görə cinayət məsuliyyətinə cəlb edilə bilər». Araşdırmalarımız davam edir. Teymur Məmmədovun həyata keçirdiyi qanundan kənar işlər barədə yeni informasiya əldə edən kimi sizlərlə də paylaşacağıq.(gundelikbaki)

Qarşı tərəfə də cavab haqqı tanıyırıq.

COMMENTS