Xalid Qarayevin işindən apelyasiya şikayəti verilib

“Azadlıq” qəzetinin müxbiri və xaricdən peyk vasitəsilə yayımlanan “Azərbaycan saatı” televiziya proqramının texniki direktoru Xalid Qarayevin işindən apellyasiya şikayəti verilib.

 

Xalid Qarayev oktyabrın 29-da Bakıda saxlanılaraq Binəqədi Rayon Polis İdarəsinin 4-cü bölməsinə aparılıb. Oktyabrın 30-da Binəqədi Rayon Məhkəməsi ona 25 sutka inzibati həbs cəzası kəsib. Jurnalist xırda xuliqanlıqda, küçədə söyüş söyməkdə, polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamaqda təqsirli bilinib.

Məhkəmə qərarını Adil Əliyev və Elnur Qasımov adlı şahidlərin ifadələri əsasında çıxarıb. “Media forum” saytına açıqlamasında vəkil Bəhruz Bayramov deyib ki, Binəqədi Rayon Məhkəməsinin qərarından Bakı Apellyasiya Məhkəməsinə şikayəti noyabrın 3-də təqdim edib: “Yəqin ki, işə həftə ərzində baxılacaq. Məhkəmədən Xalid Qarayevin həbsinin əsassız sayılması və bəraətverici əsaslarla işə xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişəm”.

COMMENTS