Xarici hərbi qüvvələr Ukraynaya yeridiləcək

Ukrayna Prezidenti Pyotr Poroşenko xarici ölkələrin hərbi qüvvələrinin 2016-cı ildə ölkəyə girişinə icazə verən qanun layihəsini təsdiqləyib.
 
Axar.az Unian-a istinadən xəbər verir ki, sözügdən qanun layihəsinə əsasən, 2016-cı ildə hərbi təlimlərin keçirilməsi üçün Ukrayna ərazisinə xarici qoşunlar buraxılacaq.
 
Qanun layihəsi Ukrayna prezidentinin saytında yerləşdirilib.
 
Xatırladaq ki, daha öncə Ukrayna parlamenti xarici ölkələrin hərbi qüvvələrinin 2016-cı ildə ölkəyə girişinə icazə verən qanun layihəsini təsdiqləmişdi. Radada keçirilən səsvermədə 239 deputat qanunun lehinə səs vermişdi.

COMMENTS