Xırdalan şəhər 1 saylı məktəbdə BİABIRÇILIQ: M. Cabbarovun gedişi və direktorun sevinci

Xırdalan şəhər 1 saylı məktəbdə BİABIRÇILIQ: M. Cabbarovun gedişi və direktorun sevinci

Bu gün səhər saatlarında Xırdalan 1 saylı orta məktəbdə maraqlı tədbir keçirilib.

Mənbənin bildirdiyinə görə, məktəbin müəllim kollektivi direktorun kabinetində çay süfrəsi (tort və digər şirniyyatlarla)təşkil edərək direktor Kamalə Yusubova gözaydınlığı veriblər. Gözaydınlığı ondan ibarət olub ki, eks- təhsil naziri və hal-hazırda Vergilər Naziri təyin edilən Mikayıl Cabbarovun təhsil sahəsindən uzaqlaşdırması göstərilir.

Əldə etdiyimiz məlumatlara görə, M. Cabbarovun xalası oğlu Elnur adlı nazirliyin əməkdaşı K. Yusubovaya ərzə ilə bağlı xəbərdarlıq edibmiş. Bərk həyacan keçirən direktor nazirlikdə əl-ayağa düşür.

Məhz prezidentin sərəncamından sonra Mikayıl Cabbarov Vergilər Naziri təyin edilir və K. Yusubovanın uduzu parlayır. Məlumat redaksiyamıza daxil olarkən əməkdaşlarımız dərhal Xırdalan 1 saylı orta məktəbə gedərək məsələnin araşdırlmasına nail olub. Nəzərinizə çatdıraq ki, həqiqətəndə direktor Kamalə Yusubovanın kabinetində stolun üzərində tort və digər şirniyyat süfrəsinin şahidi olduq. Təşkil edilən qonağlığın nədən ibarət olduğuna isə direktorun cavabı belə oldu: “Şirniyyat süfrəsini valideyinlər təşkil edib qonaqlığ verirlər”

Sözün həqiqi mənasında təhsilimizin ən acınacaqlı günlərini yaşayırıq. Etiraf edək ki, sözügedən məktəbdə 1-ci  siniflərdən pul yığıldığına görə bir qurup valideyin etiraz edərək dövlət qurumlarına müraciət etmişdir. Pul yığma kompaniyasının səbəbini soruşduqda fond pulu, süpürgə pulu və digər adlar sadalanır. Necə ola bilər ki, bir ailənin dolanışığını təmin edə biməyən valideyin məktəbdə direktora və müəllim kollektivinə qonaqlığ verir?

 Əslində, “qonaqlığ” adı altında təşkil edilən məclis eks-təhsil naziri M. Cabbarovun vəzifədən uzaqlaşdırılması qeyd edilib. Bir faktı nəzərinizə çatdlraq ki, M. Cabbarov təhsil sahəsində nəzarəti ələ keçirdikdən sonra vəziyyət heçdə ürəkaçah deyildi. Təhsil sahəsində baş verən oyunlar buna əyani sübütdür. Lakin məktəb direktorun belə bir addımı başadüşülən deyil. Bəli, Xırdalan şəhər 1 saylı orta məktəbdə min bir adlar altında pullar yığılır. Etiraz edən valideyinlər isə hədə- qorxu ilə üzləşir. Növbəti yazılarımızda daha bir faktı sizlərə təqdim edəcəyik. Bizi izləməyi unutmayın…

Dosye.org

COMMENTS