Xırdalanda polis avtomobili saxladı – Sürücü və sərnişinlər həbs edildi

Xırdalanda polis avtomobili saxladı – Sürücü və sərnişinlər həbs edildi

Polis narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirib.

Dosye.org xəbər verir ki, Abşeron RPİ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xırdalan şəhər sakini E.Əliyevin idarə etdiyi “Great Wall” markalı avtomobildən 31 qramdan artıq metamfetamin, habelə sərnişinləri, Yardımlı rayon sakinləri M.Sultanovdan və qohumu, əvvəllər məhkum olunmuş S.Sultanovdan 169 qramdan artıq heroin aşkar edilərək götürülüb.

Tutulan şəxslərin ətrafında araşdırma aparılır.

DOSYE.ORG

COMMENTS