Bu yaxınlarda Qəbələdə II Qarabağ savaşında şəhid olmuş qəhrəmanlarımızın şərəfinə “Zəfər kuboku” turniri keçirilib.

Rekord.az xəbər verir ki, turnir “Qəbələ” klubunun təşkilatçılığı ilə keçirilib.

Turnirdə iştirak edən “Xocalı” komandası turnirin bürünc medalını qazanıb. Eyni zamanda oyunların birinə üzərində müharibənin qurbanlarından olmuş “Naftalan”ın 13 yaşlı futbolçusu Şəhriyar Qurbanovun fotosu olan forma ilə çıxıb ki, bu da xüsusi rəğbətlə qarşılanıb.