Xudatda nə baş verir? – Rəsmi açıqlama + Video

Xudatda nə baş verir? – Rəsmi açıqlama + Video

Xudat Şəhər Xəstəxanasının fəaliyyətinin dayandırılması və bu tibb müəssisəsində çalışanların işdən azad olunması ilə bağlı bəzi sosial şəbəkə hesablarında əsassız məlumatlar yayılmışdır.

“Yeni Sabah” xəbər verir ki, bu açıqlama ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi çıxış edib. Agentlik bildirir ki, qurumun nümayəndələri Xudat Şəhər Xəstəxanasının yerləşdiyi binaya baxış zamanı xəstəxananın vəziyyətinin əhaliyə xidmət baxımından qənaətbəxş olmadığı müəyyən edilib və mövcud çatışmazlıqların aradan qaldırılması istiqamətində tədbirlər görülməsi barədə qərar qəbul olunub.

“Bir daha qeyd edirik ki, ölkədə icbari tibbi sığortanın tətbiqi və ilə əlaqədar tibb müəssisələrində ixtisarların aparılması nəzərdə tutulmamışdır. Əksinə icbari tibbi sığortanın tətbiqi çərçivəsində tibb müəssisələrində xidmət keyfiyyətinin yüksəldilməsi, eləcə də tibb işçilərinin əmək haqlarına əlavələrin hesablanması qaydası təsdiqlənmişdir”.

Bildirək ki, yayılan məlumatlarda bildirlir ki, baş həkim xəstəxananın bağlandığını bildirərək işçiləri aldadıb və onları rayona gəlmiş deputatlığa namizəd Sevil Mikayılova ilə görüşə aparıb.

Amma namizəd seçicilərlə görüş deyil etiraz aksiyası ilə qarşılaşıb. Həmin aksiyanın videosunu təqdim edirik:

DOSYE.ORG

COMMENTS