Yəhudi alimi erməniləri təhdid etdi

Yəhudi alimi erməniləri təhdid etdi

İsrailə girişi qadağan edilən dünyanın ən məşhur və qalmaqallı alimlərindən olan yəhudi əsilli politoloq Norman Finkelstein daha çox Fələstin İsrail münqaişəsinin araşdırmaçısı kimi tanınır.
 
PİA.AZ-ın məlumatına görə, onun bu mövzuda yazdığı kitablar Amerikada bestseller siyahılarında yer alıb. Həm atası, həm anası yəhudidir və onlar İkinci Dünya müharibəsi zamanı yəhidilərə məxsus düşərgələrdən qaçmağı bacarıblar. 
 
N.Finkelstein ermənilərin dünyaya car çəkdikləri soyqırım olayına münasibət bildirərkən çox maraqlı məqamlara toxunub. O, bu mövzuda danışarkən çox məşhur israilli tarixçi Benyu Morrisin adını çəkib. 
 
Qeyd edək ki, İsrail tarixini və İsrailin xarici siyasətini araşdırn B.Morris bu mövzuda xeyli kitab yazıb. 
N. Finkelstein B.Morrisin “Harvard” qəzetinə verdiyi açıqlamaya toxunub: “B.Morris “Harvard” qəzetinə verdiyi müsahibəsində erməni-türk münasibətlərinə aid kitab yazdığını deyib. Mən onun erməni-türk mövzusunda kitab yazması haqqında verdiyi açıqlamanı oxuyan kimi ağlıma birinci gələn bu oldu ki, aha, bu alim öz ağalarından “Türkiyədə erməni-türk problemini qızışdırmaq üçün yenni kitab yaz” əmrini alıb. Axı B.Morris son vaxtlar çox “tünd” sağçı olub. Odur ki, o, “ağalarının” göstərişini yerinə yetirməlidir. Yəni ağaları ona sadəcə olaraq Türkiyədə uzun-uzadı davam edəcək bir problem, daha doğrusu xalqalar arası münaqişə yaratmaq üçün əmr veriblər. Bunun səbəbi isə İsraildir. İsrailin Tükiyə ilə tarixin yaddaşından silinməyən problemləri var. Bu problemləri İsrail öz xeyrinə həll etmək üçün erməni kartından yararlanmalıdır. Bundan ötrü əvvəllcə ideoloji müharibə hazırlamaq lazımdır. İsrail isə bu ideoloji müharibəni dünyada tanınan simaların əli ilə həyata keçirməyə öyrəncəlidir. 
 
Bunun digər səbəbi isə Türkiyənin İsrail-Fələstin bəzi hallarda Fələstini müdafiə etməsidir. 

COMMENTS