Yanğından zəhərlənən 32 xəstənin səhhəti ağırdır

Faiq Süleymanov: “Amma xəstələrin həyatına təhlükə yoxdur”
Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospetkində yanan 17 mərtəbəli yaşayış binasının 32 sakini Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinə yerləşdirilib.

Bu barədə “Bizim Yol”-a həkim-toksikoloq Faiq Süleymanov məlumat verib.
“Şöbəyə 32 xəstə daxil olub. Onların 9-u uşaq, 1 yaşlı qadındır. Xəstələrin vəziyyəti orta ağırdır, bir nəfərin isə vəziyyəti tam ağırdır. Amma xəstələrin həyatına təhlükə yoxdur. Hamısının səhhəti yaxşıya doğru dəyişməkdədir.”,-deyə F.Süleymanov bildirdi.

Onun sözlərinə görə, hadisə baş verən yerdən şöbəyə gətirilən uşaq dünyasını dəyişib: “Bizə bir azyaşlı uşaq gətirirdilər ki, o təcili tibbi yardım maşınında dünyasını dəyişib. Onun şəxsiyyətini müəyyənləşdirmək mümkün olmadı. Aidiyyatı üzrə müavafiq quruma təhvil verildi”.

Sahiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi Toksikologiya Şöbəsinə yerləşdirilən xəstələr üçün avadanlıqlar göndərdi. Hər birisi 50 ədəd olmaqla yorğan üzü, yastıq üzü, mələfə döşək üzü, yorğan libas, yastıq libas, yatağ örtüyü təmin olundular.

COMMENTS