YAP sədri prezidentə qarşı- ŞOK VİDEO

YAP sədri prezidentə qarşı- ŞOK VİDEO

54 saylı Şabran-Siyəzən seçki dairəsindən dosye.org-a cinayət adlandıra biləcəyimiz hadisə barədə məlumat daxil olub.

Rayondakı mənbəmizin məlumatına görə YAP Siyəzən rayon təşkilatının sədri Etibar Heydərov deputatlığa namizəd Sadiq Qurbanovun təbliğatını apararaq onun cənab prezident İlham Əliyevin göndərdiyi namizəd kimi təqdim edib. Videoçəkilişdəki səs yazısından göründüyü kimi o israrla “prezidentin göndərdiyi adama səs verin” deyərək sözün əsl mənasında misli görünməmiş təxribatla məşğul olur.

O eyni zamanda seçiciləri təhdid etməkdəb çəkinmir. Onlara məntəqə sədrlərindən kimə səs verəcəkləri haqda məlumat alacağını və Sadiq Qurbanova səs verməyənlərin aqibətinin yaxşı olmayacağını deyir. Cənab prezidentin şəffaf və demokratik seçki keçiriləcəyi barədə çıxışından sonra YAP Siyəzən rayon təşkilat sədrinin bu əməli ölkə başçısına qarşı xəyanətdir!

DOSYE.ORG

COMMENTS