Yaponiya İŞİD-ə qarşı

Qətnamə İŞİD-in yaponiyalı girovları öldürməsindən sonra qəbul edilib

Yaponiya parlamenti bu gün səhər saatlarında ekstremizm və terroru pisləyən qətnamə qəbul edib.

ANS PRESS-in məlumatına görə, qətnamənin müzakirəsi və qəbul olunması bir müddət əvvəl iki yaponiyalı girovun İŞİD silahlılları tərəfindən öldürülməsindən sonra baş tutub.

Qətnamə Yaponiya parlamentinin aşağı palatası tərəfindən yekdilliklə qəbul edilib. Ölkənini xarici işlər naziri Fumio Kisida bu qətnamənin Yaponiya vətəndaşlarının ölkə daxilində və xaricində təhlükəsizliklərinin müdafiə olunması məqsədilə hökumətin səlahiyyətlərini artıracaq.

Yaponiyalı jurnalist Kendzi Qotonun silahlıları başə kəsilərək öldürülməsi ölkədə şok effekti yaratmışdı. Ötən ayın əvvəllərində isə daha bir yaponiyalı girov edam edilmişdi.

COMMENTS