Yaponiyanın baş naziri Abe Putinlə görüş istəyir

Yaponiyanın baş naziri Şinzo Abe deyir ki, iki ölkənin sülh sazişi əldə etməsi üçün Rusiya prezidenti Vladimir Putinlə danışıqlara ehtiyac var.
 
2-ci dünya müharibəsindən bəri Yaponiya və Rusiya heç vaxt sülh sazişi imzalamayıblar. Yaponiyanın Hokkaido adasındakı şimaldakı adalarla bağlı ərazi mübahisəsi var. Yaponiya oranı “Şimal Ərazisi” adlandırır.
 
Abe yanvarın 4-də Tokioda keçirilən mətbuat konfransında onu da deyib ki, Rusiya terrorçuluqla mübarizədə, İran və Suriya böhranlarında konstruktiv rol oynamalıdır.
 
2012-ci ildə vəzifəyə gələndən Abe Rusiya ilə münasibətləri yaxşılaşdırmağa çalışır. Ancaq Ukrayna münaqişəsi və digər məsələlər bu işi əngəlləyir.
 
Putin-in Yaponiyaya səfərləri də təxirə salınıb. Qərb Rusiya liderlərinin sözügedən böhranlarda iştirakından narahatdır (“Azadlıq” radiosu).

COMMENTS