Yardımlıda Mahir Mirzəyevin yaratdığı narazı kütlədən ŞOK MƏKTUB

Yardımlıda Mahir Mirzəyevin yaratdığı narazı kütlədən ŞOK MƏKTUB

Yardımlı rayonunda vəziyyət olduqca gərgindir. Bu barədə dosye.org-a ünvanlanan məktubda bildirilir. Redaksiyamıza daxil olan məktubun məzmunu ilə sizi tanış edirki:

Milli Məclisin iclasında Yardimli rayonun deputatı Musa Qasımli, rüşvətxor Yardimli RİH başçısı Ayaz Əsgərovu, müavinləri Mahir Mirzəyevi və 1 müavini Azər Xamiyevi müdafiyə etməisnin arxasında hansı qüvvənin durduğu maraqlıdır. Hörmətli xalq şairi Milli Məclisin deputatı Sabir Rüstəmxanlının haqlı iradlarına qarşı çıxır və Milli Məclisin  tribunasindan Yradımlı rayonunda manapoliya yaradan və sakinləri dövlətdən narazı salan icra başçisi və müavinləri müdafiə edir, onlara tərif yağdırır. Utanmadan güya 1500 ailəyə yardim edildiyini deyir və sosial şəbəkədə rayon sakinlərinin fəryadını görərək, saymazyana şəkildə susmağa üstünlük verir.  Millət vəkili nə üçün ağır durumda olan sakinlərin yanında deyil, Yardımlı rayonunu məhv edən bir qurup məmurun yanindadır? Musa Qasımlı Yardımlı rayonu üçün Millət vəkili deyil, sadəcə icra başçisi Ayaz Əsgərovun, müavinləri Mahir Mirzeyevin, Azər Xamiyevin vəkilidir. Bu günlərdə ölkə başçısı cənab İlham Əliyevin apardiği uğurlu siyasətin nəticəsində Azərbacan xalqına qənim kəsilmiş bəzi icra başçılarına laqi olduqları yeri göstərdi.  Cənab prezidentimiz dəfələrlə müşavirələrdə hər bir məmura tapsirir ki, məmurlar xalqin xidmətçisidir. Hər bir məmurun  borcudur ki, dövlət başçısının gösdərdiyi ehtimadi layiqincə doğrultsun. Əks təqdirdə hər bir məmurun cəzası ağır oalcaqdir. Ən maraqlı məqam ondan ibarətdir ki, Sabir Rüstəmxanlı rayon sakinlərinin sözünü dediyi halda, Musa Qasımlı tam əksini söyləyir. Deputat Yardimli rayonunun əhalisinin prablemini həll etmelidir. Lakin Musa Qasımlı başçının və müavinlərin cinayət əməllərini örüt-bastır etmək üçün onları müdafiə edir. Musa Qasımlı nə üçün Yardimli rayonunun girişindən  İran sərhədinə kimi yolarin necə bərbad olmasından danışmır? Nə üçün son günlər sosial şəbəkədə səsini cixardan, haqları pozulan vətəndaşların problemlərini  həll etmək uçun cəht etmirsiz? Ama başçı və müavinlərinin özbaşınalıqları haqqında söhbət açılanda dərhal onları müdafiə edirsiniz? Rayonun Ostayir kəndində yaşanan problem və vətəndaşların uzləşdiyi haqsizliq sizi niyə narahat etmir? Yardimli RİH başçısı Ayaz Əsgərov, müavinləri Mahir Mirzəyev  və Azər Xamiyev 30 ərazi nümayəndəsinin işcilərinə hədə qorxu gələrək, onlara şəxsi hesablarına tütün əkmək əmri verilib. İcra nümayindələri etiraz etdikdə Mahir Mirzəyev, “ged ərizəni yaz” deməklə onları şantaj edir. Nəzərinizə çatdıraq ki, Yardımlı rayonunda son vaxdlar işə düzələn vətəndaşlardan rüşvət alınır. Soruşanda ki, bu pul kimə çatır? Mahir Mirzəyev  yuxarıya çatacaq puldur. Bu rüşvərxorluq deyil nədir, Musa müəllim? Musa müəllim, bir dəfə maqalandiz ki, 2 sayli uşaq baxçasi tilib və bir aydan sonra baxça yararsıs hala düşüb? Musa Qasımlı sənin xəbərin varmi 1500  dediyin yardımın 500 ədədini Yaridmli rayon icra hakimiyyətin başçisi Ayaz Əsgərov və müavinləri 30 ərazi nümayəndəsini məcbur edib? Yardmlı rayonunun təkcə yoluna baxsaniz görərsiniz ki, həmən pullar Mahir Mirzəıyevlə Ayaz Əsgərovun villalarına xərclənib. Özünüz vicdanızla qarşı-qarşıya durub sual verin. Basçı və müavinləri 1200 manat əmək haqi almaqla o villalara sahib çıxa bilərmi?

Dosye.org olaraq bildirmək istəyirik ki, son günlər Yardımlı rayonunda narazı kütlənin sayı durmadan artmaqdadır. Bütün bunlar bir daha sübüt edir ki, ölkə başçısı cənab İlham Əliyevin siyasi kursuna xəyanət edən icra başçıları hələ də öz çirkin əməllərindən əl çəkmək istəmir. Sakinlər iddi edirlər ki, başçının müavini Mahir Mirzəyev sanki qarşısına məqsəd qoyub. Vəətndaşları ölkə başçısında narazı salsın. Odur ki, Yardımlı rayon sakinləri Prezident cənab İlham Əliyevə müraciət edirlər. Onlar tezliklə Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşlarını gözlədiklərini və harınlamış məmur özbaşınalıqlarına son qoyulacağına əmindir.

DOSYE.ORG

COMMENTS