Yasamalda avtomobillər iki piyadanı vurub, sürücülər qaçıb

Bakı şəhəri, Yasamal rayonunda avtomobillər iki piyadanı vurub.
 
“Report”un xəbərinə görə, rayonun Kənar dairəvi yolunda naməlum avtomobil Biləsuvar rayon sakini, 36 yaşlı Heydər Babayevi vurub.
 
Bundan başqa, rayonun Yasamal Xiyabani küçəsi, 42 ünvanında naməlum avtomobill Bakı şəhər sakini, 17 yaşlı Gilə Əsədovanı vurub.
 
Yaralılar xəstəxanada yardım aldıqdan sonra evə buraxılıb.
 
Hər iki faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

COMMENTS