Yerevandakı mitinq dayandırıldı

Yerevanın Baqramyan prospektində 8 gündwr elektrik enerjisinin qiymətinin artırılmasına etiraz edənlərin keçirdiyi aksiya təşəbbüs qrupu tərəfindən dayandırılıb.

Modern.az-ın Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, təşəbbüs qrupunun üzvü Maksim Marqaryan jurnalistlərə fasiləsiz mitinq elan etdikləri “Azadlıq” meydanını tərk etdiklərini deyib.

İyunun 30-da “Soyğunçuluğa yox!” təşəbbüs qrupu mətbuat konfransı keçirərək bundan sonrakı fəaliyyətlərini açıqlayacaq.

COMMENTS