Yevlaxda 78 yaşlı qadını qarət edənlər saxlanıldı

Yevlaxda 78 yaşlı qadını qarət edənlər saxlanıldı

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Yevlax rayon sakini 1942-ci il təvəllüdlü Z. Məmmədova Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək 2 nəfər naməlum şəxsin ona məxsus evə daxil olaraq 1000 manat pulunu oğurladığını bildirib. 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, məlumatla əlaqədar polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.

Araşdırmalarla müəyyən edilib ki, Yevlax rayon sakinləri Elçin Rzayev və əvvəllər məhkum edilmiş Amil Qənbərov yaşlı qadına zor tətbiq edərək evdə olan 1000 manat pulu oğurlayaraq qaçıblar. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hər iki şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Dindirilmə zamanı törətdikləri cinayət əməlini etiraf ediblər.

Faktla bağlı Yevlax RPŞ-də araşdırmalar davam etdirilir.

DOSYE.ORG

COMMENTS