Yezidilər Obamadan kömək diləyir

ABŞ-da yaşayan Yezidilər, Barak Obamadan, İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatının hücumlarına məruz qalan soydaşlarına kömək tələb ediblər.

ABŞ-ın paytaxtı Vaşinqtonda yaşayan Yezidilər, ABŞ prezidenti Barak Obamadan, İraqın şimalında İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatının hücumlarına məruz qalan soydaşlarına kömək tələb ediblər.
ANS PRESS-in məlumatına görə, paytaxt Vaşinqton və ətrafında yaşayan Yezidilər, günorta saatlarında Ağ Ev qarşısında toplaşaraq İŞİD-in Yezidilərə hücumlarına etiraz ediblər. Əllərində, “İraqdakı Yezidilərə kömək edin”, “Lütfən Yezidiləri qurtarın”, “Yezidiləri İŞİD-in zülmündən qurtarın” yazılı plakat daşıyan nümayişçilər, “İraqda uşaq ölür”, “Obama haradasan?” şüarları qışqırdı. Edilən şərhlərdə ABŞ-ın Yezidiləri İŞİD’in hücumlarından qoruması istəndi.
Yezidilər Ağ Ev rəhbərliyini Sincar dağlarında qorunmasız və qidasız qalan Yezidilərə təcili olaraq kömək çatdırmağa çağırdılar.

COMMENTS