Yol qəzasında məmur dünyasını dəyişdi

Cəlilabad rayonunda 1 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

 

Hadisə Ələt-Astara magistralının Cəlilabad rayonunundan keçən hissəsində qeydə alınıb. Cəlilabad rayon sakini Elçin Həsənov sükanı arxasında olduğu “KAMaz” markalı yük avtomobili ilə Astara istiqamətində hərəkətdə olarkən qarşı tərəfdən gələn Cəlilabad rayon Günəşli kənd sakini Fikrət Əhmədovun idarə etdiyi VAZ 21 07 markalı minik avtomobli ilə toqquşub.

Nəticədə VAZ-2107-nin sürücüsü aldığı bədən xəsarətlərindən xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Qeyd edək ki, dünyasını dəyişən sürücü Fikrət Əhmədov Günəşli kənd inzibati ərazi nümayəndəliyinin rəhbəri vəzifəsində çalışırmış. Qəzanın dəqiq səbəbləri avtotexniki və tibbi ekspertizanın rəyi açıqlandıqdan sonra məlum olcaq.

Fakltla bağlı arşdırma aparılır./anspress/

COMMENTS