Top.Mail.Ru

Yoluxma sayı açıqlandı

Yoluxma sayı açıqlandı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 122 yeni yoluxma faktı qeydə alınıb, 47 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bu gün COVID-də ölüm qeydə alınmayıb.

İndiyədək ölkədə ümumilikdə 42104 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 39 404 nəfər müalicə olunaraq sağalıb, 609 nəfər vəfat edib, aktiv xəstə sayı 2 091 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3551, ötən müddət ərzində isə ümumilikdə 1 180 271 test aparılıb.

DOSYE.ORG

COMMENTS