Zərdabda ildırım fəsadlar törətdi

Bu dəqiqələrdə Zərdab rayonunun Qoruqbağı kəndində təbii fəlakət baş verib.

“Qafqazinfo”nun məlumatına görə, bu barədə jurnalist Nicat İntiqam şəxsi facebook səhifəsində xəbər yerləşdirib:

“Kənd sakinlərindən aldığım məlumata görə, bu gün 21:40 radələrində rayonun Qoruqbağı kəndində Məhərrəm Məhərrəmova məxsus həyətyanı sahədə tövləyə ildırım düşüb. İldırım tövlənin yanmasına səbəb olub. Hazırda kənd sakinləri və Fövqəladə Hallar Nazirliyinin Zərdab rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları yanğını söndürməyə çalışırlar. İlkin müdaxilə nəticəsində yanğının fərdi yaşayış evinə keçməsinin qarşısını almaq mümkün olub. Qeyd edək ki, fərdi təsərrüfat sahəsin sahibi Məhərrəm Məhərrəmov və onun ailəsi hazırda Rusiyada yaşayır”.

Fotolar Osman Xəlilliyə məxsusdur.

COMMENTS