Zaqatalada faciə — İki uşaq yıxıldı, biri öldü

Zaqatalada dağlıq ərazidə oynayan iki azyaşlı uşaq dərəyə yıxılıb. Onlardan biri ölüb, digəri isə ağır xəsarət alıb.

Dosye.org  xəbər verir ki, Zaqatala rayonu Yuxarı Çardaqlar kənd sakinlərinin APA-ya verdiyi məlumata görə, hadisə iyulun 17-i günorta saatlarında kəndin yuxarı hissəsində, dağlıq ərazidə baş verib.

Yuxarı Çardaqlar kənd sakinləri olan 2010-cu il təvəllüdlü Mələk Məmməd qızı Yəhyəyeva və 2011-ci il təvəllüdlü Rəcəb Məhəmməd oğlu Qurbanov ehtiyatsızlıqdan 6-7 metr dərinliyindəki dərəyə yıxılıblar. Uşaqlar kənd sakinlərinin köməkliyi ilə dərədən çıxarılıblar. Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan 6 yaşlı Mələk Yəhyəyeva və 5 yaşlı Rəcəb Qurbanov Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcilli Tibbi Yardım şöbəsinin ambulator maşını ilə xəstəxanaya aparılarkən Rəcəb Qurbanov aldığı ağır bədən xəsarətlərindən yolda ölüb.

Zaqatala RMX-dan verilən məlumata görə, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Mələk Yəhyəyevaya ağır kəllə beyn travması dioqnozu qoyulub, vəziyyəti ağır kimi qiymətləndirilir. Faktla bağlı Zaqatala rayon Prokurorluğunda araşdırma aparılır.

Dosye.org

COMMENTS