Zaqatalada tülkü kəndə hücum edib

Dosye.org  “report”-a istinadən xəbərinə görə , hadisə gecə saatlarında Aşağı Tala kəndində baş verib.

Belə ki, tülkü kənd sakini Elnur Musayevə məxsus evin həyətindəki hində 7 hind quşu, 15-ə yaxın toyuğu boğaraq öldürüb və parçalayıb. Bundan sonra ev sahibi tələ qurub və axşam hinin yaxınlığında tülkünü tutub.

Sakinlər indiyədək tülkülərin Aşağı Talada yüzə yaxın toyuq-cücəni məhv etdiyini, kənddə vəhşi heyvanlar, sahibsiz itlərin artmasından narahat olduqlarını bildiriblər.

Dosye.org

COMMENTS