Zaur Mikayılovun BÜKƏ BİLMƏDİYİ QOL… – NARAZILIQ!

Zaur Mikayılovun BÜKƏ BİLMƏDİYİ QOL… – NARAZILIQ!

“Biz Şəki sakinləri olaraq olaraq dəfələrlə Şəki Suvarma Sistemləri İdarəsinin rəisi Sabir Əhmədovdan Azərbaycan Respublikası Meliorasiya və su təsərrüfatı Asc yə yazılı formada, elektron formada şikayət etmişik, ancaq şikayətimizə nə rəsmi qaydada cavab verən olmadı, nə də ki Sabir Əhmədov haqqında heç bir ölçü götürə bilmədilər və ya bacarmadılar”. Bu barədə DİA.AZ-a göndərilən müraciətdə deyilir.

Müraciət müəllifləri daha sonra yazırlar: “3-4 gün əvvəl Şəki SSİ nin fəhləsini subartezian quyusu qazdığı yerdə tok vuraraq öldürüb. Bütün məsuliyyət Sabir Əhmədovun olduğu halda yenə də heç kim bir ölçü götürə bilmir. Sabir Əhmədov məsuliyyətdən boyun qaçırdaraq günahı atır “Azərişıq”ın üstünə. Halbuki bütün məsuliyyət Şəki SSİ-nin rəisi Sabir Əhmədovundur ki, vaxtında işıq idarəsinə niyə məlumat verilmiyib ki işığı kəsinlər?!

Ola bilməz ki Zaur Mikayılov bu olanlardan xəbərdar olmasın . Hamı bilir ki Sabir Əhmədov aldığı rüşvətlərdən rəhbərliyə haqq verir ki onlar da heç bir ölçü götürmürlər. Bunu Əhmədov içki məclislərində özü deyir.!!! Əgər elə deyilsə, Şəkidə at oynadan rəisiniz Sabir Əhmədov haqqında tədbir görün, idarəni yoxlayın Əhmədovun gördüyü qanunsuz əməllərini görün.

Cənab Mikayılov, rəis təyin etdiyiniz Sabir Əhmədovdan rayon sakinləri , kənd sakinləri beziblər..! Sabir Əhmədov xalqın pulunu talan edir dövlətin verdiyi texnikaları çöllərdə sahələrdə şəxsi biznesi kimi işlədir. “Ştatka”da olan 50 dən çox insanın adı işdə gedir kartları özü və ailəsi tərəfindən mənimsənilir. Sabir Əhmədovun topdağıtmaz sərvətini niyə araşdıran yoxdur ki bu qədər evlər obyektlər sənə hardandır?..”

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq…

DOSYE.ORG

COMMENTS