“Zenit” kulubu “Xəzər Lənkəran”nın futbolşusuna elçi düşüb

Rusiyanın “Zenit” klubu “Xəzər Lənkəran”ın gənc futbolçusu Elnur Cəfərovu heyətinə qatmaq istəyir.

 

Fanat.az futbol11.az saytına istinadən xəbər verir ki, Sankt-Peterburq klubunun əvəzedici heyətinin baş məşqçisi ötən il “Caspian Cup” turnirində Elnurun oyunu izləyib.

Lakin Cəfərovun o zaman “Xəzər Lənkəran”la müqaviləsi olduğu üçün keçid baş tutmayıb. Rusiya klubu hələ də gənc futbolçunu heyətinə qatmaqda maraqlıdı. Dekabr ayında Elnurun cənub klubu ilə müqaviləsi başa çatır və seçim imkanı futbolçunun öz əlində olacaq.

COMMENTS