Qənirə Paşayeva: “Heç kim bizdən millət vəkili olmağı xahiş etməyib”

“MƏN İSTEDADIMLA, AĞLIMLA HEÇ BİR KİŞİDƏN GERİ QALMIRAM”

 

Millət vəkili Qənirə Paşayeva “Zərif qəhrəman” verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, o, qadınların karyerada qazana biləcəkləri uğurlardan bəhs edib:

“Simona de Bovuar deyib: “Xilasını başqa birində görmək yıxılmağın ən kəsə yoludur”. Mən həmişə özümü xilaskar kimi görmüşəm. Ağlayıb sızlamaqdansa, ən yaxşısı, bir problemdən çıxış yolu axtarmaqdır. Qızlarımızda da hər şey var: ağıl, istedad, qabiliyyət… Zəhməti sevmə hissi qadınlarda az deyil, hətta bəlkə kişilərdəkindən də çoxdur.

Qadınlara maneə olacaq duyğu inam hissidir. İllərlə kişilər tərəfindən formalaşdırılmış süni stereotiplər səbəbindən xanımlarda bu hiss yox olub. “Mən edə bilərəm, bacararam” demirlər. Kişilər qadınların ətrafında sirli, saxta bir aura yaratmaqla onları cəmiyyətdə başqa biri olmaq məcburiyyəti ilə üz-üzə qoyublar. Mən istedadımla, ağlımla heç bir kişidən geri qalmıram. Bu, özüməinam duyğusudur”.

Q.Paşayeva həyatda qazandıqlarına görə atasına borclu olduğunu deyib:

“Bu yerdə olmağımda atama borcluyam. Hər bir qızın arxasında atası dayanarsa, ona inanarsa, qızının arzularını məhv etmək yerinə, “sən edə bilərsən, bacararsan, ayaqlarının üstə durarsan, sənə güvənirəm” deyərsə, bu, hər bir qadında alınacaq. Atamı belə gördüm. Həmişə arxamda dayandı. “Qızdır, önəmli olan ailə qurmağıdır” deyənləri atam “Bu, onun öz seçimidir” sözləri ilə susdurdu. Buna görə də mən uğur qazandım”.
Karyerasından danışan millət vəkili peşəsinə olan sevgisini belə ifadə edib:

“Sevmədiyim kəlmə bəzilərinin çıxıb “öz həyatımı xalqa qurban verdim” deməsidir. Bu, bir növ minnət qoymaqdır. Heç kim bizdən millət vəkili olmağı xahiş etməyib. Bu, mənim üçün şərəfdir. Mən dedim: əgər mənə güvənsəniz, etimad göstərsəniz, bunu özümə ən böyük şərəf kimi dəyərləndirərəm. Onları layiqli təmsil edəcəyimə söz verdim. İnsanlardan dəstək istədim, onlar da inandı. Biz bu həyat yolunu düşünərək seçdik. Şərəfli işdir. On minlərlə insanı təmsil edirsinizsə, bundan önəmli nə iş ola bilər?

Nələrisə gözünü qırpmadan qurban verirsən: istirahətə, əyləncəyə, yatıb-durmağa ayrılan zamanı buna sərf edirsən. Peşman deyiləm. İtirdiyim bir şey yoxdur, əksinə qazandığım var. Mən yayda tətilə getmərəm, onun əvəzinə hər hansı bölgəyə yollanaram, insanlarla söhbət edərəm, dincələrəm. Bundan gözəl nə ola bilər? 20 gün istirahət etmədim deyə, narahat olmağa dəyər? Bu işi sevərək görürəm. Ona görə deyirəm ki, insan sevdiyi işlə məşğul olsa, ən böyük uğuru qazanmış sayılar”.

Q.Paşayeva karyeranın ailə həyatına mane olmadığını söyləyib:

“Hər bir insan öz işini görə, eyni zamanda da yaxşı həyat yoldaşı, ana, bacı ola bilər. Karyera buna maneə deyil. Qadınları hər zaman belə bir halla üz-üzə qoyublar: “karyera qurmaq, mütləq ailə sahibi olmağa əngəl yaradır”. Xeyr, öz ailəmdə, yaxınlarımda da görmüşəm, bu, belə deyil. Hər zaman qızlara demişəm: əgər siz mənə baxıb düşünürsünüzsə ki, mən ailəmi karyerama qurban vermişəm, yanılırsınız.

Heç bir qız fikirləşməməlidir ki, karyeranı ailəyə, ailəni də karyeraya qurban verəcək. Hər ikisini eyni anda idarə etmək mümkündür. Əgər tale sənə heç bir əngəl yaratmırsa, bunları

COMMENTS