Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan “Zalsburq” klubunun futbolçusu Martin Hinteregger Avstriya çempionatının son turunda qalib gəldikləri “Rid”lə oyun (2:0) haqda fikirlərini bildirib.
Qol.Az-ın məlumatına görə, Avstriya milisinin üzvü ölkəsinin mətbuatına açıqlamasında “Qarabağ”la keçiriləcək cavab oyunu haqda da damışıb:
“Rəqibimiz taktiki cəhətdən çox gücıü idi. Ancaq biz azlıqda qalsaq da, sona qədər mübarizə apardıq və qalib gəldik. Düşünürəm ki, layiqli qələbə qazandıq. Çempionlar Liqasında mübarizəmizi davam etdirməyə çalışırq. Çərşənbə günü bizi daha çətin oyun gözləyir. Səfərdə “Qarabağ”a uduzsaq da, doğma meydanda qələbə qazanacağımıza ümid edirəm. Ancaq bu, asan olmayacaq”.
Xatırladaq ki, “Zalsburq” – “Qarabağ” oyunu avqustun 6-da keçiriləcək.
COMMENTS