“Qarabağ” klubu polisə müraciət etdi

“Qarabağ” Çempionlar Liqasının “Zalsburq”la iyulun 30-da keçiriləcək oyunu üçün biletlərin “qara bazar”da satılmasının qarşısının alınması üçün Nərimanov Rayon Polis İdarəsinə rəsmi qaydada müraciət edib.

 

Milli.Az xəbər verir ki, bu haqda qol.az saytına klubun meneceri Asif Əsgərov məlumat verib. Onun sözlərinə görə, Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından biletlərin ayrı-ayrı şəxslər tərəfindən kütləvi şəkildə alınmasının qarşısının alınması üçün klub tərəfindən zəruri tədbirlər görülür.

“Kassalarda bilet satışına klubumuzun əməkdaşları tərəfindən nəzərət olunur. Bundan başqa, artıq bu gündən Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları stadionun ətrafında biletin “qara bazar”da satılmasının qarşısını almaq üçün iş aparırlar”, – deyə o qeyd edib.

Xatırladaq ki, son günlər sosial şəbəkələrdə 1 manata olan biletlərin ayrı-ayrı şəxslər tərəfindən kütləvi şəkildə alınması və qara bazarda 3-5 manata satıması haqda musavat.com saytında xəbər dərc olunub.

COMMENTS