“Zirə” Antalyaya yollandı

“Zirə” Antalyaya yollandı

“Zirə” bu gün səhər saatlarında təlim-məşq toplanışı üçün Türkiyənin Antalya şəhərinə yollanıb.

Qol.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Paytaxt təmsilçisi qardaş ölkədə 3 yoxlama oyunu keçirməyi planlaşdırıb. “Zirə” yanvarın 13-də Macarıstanın “Peç”, 20-də Polşanın “Qurnik”(Leçna), 24-də isə Şimali Makedoniyanın “Breqalniça” klubları ilə qarşılaşacaq. Komanda yanvarın 25-də Bakıya qayıdacaq.

DOSYE.ORG

COMMENTS