Ermənistan sərhədə niyə ordu yığır? – İki versiya

Ermənistan sərhədə niyə ordu yığır? – İki versiya

Ermənistanın sərhəddə yeni qüvvələr toplamasını müxtəlif ehtimallarla əsaslandırmaq mümkündür.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

Onun fikrincə, birinci ehtimal Nikol Paşinyanın 4 kəndin qaytarılması mövzusunu 5 apreldə Brüsseldə (Blinken-Leyen-Paşinyan görüşü – red.) müzakirə etmək istəyidir:

“O, veriləcək məsləhət əsasında qərar qəbul edəcək, buna qədər isə sərhədi möhkəmləndirməyə çalışır. Görünür, Paşinyan bu qənaətdədir ki, Azərbaycanın 4 kəndi geri qaytarmaq üçün çox gözləmək fikri yoxdur. Həqiqətən aprel ayında məsələ həll olunmalıdır. Yaxşı olardı ki, Paşinyanla Brüsseldə görüşən rəsmilər ona kəndləri geri qaytarmaq məsələsini çox uzatmamağı məsləhət görərdilər.

İkinci ehtimal Paşinyanın Ermənistan ordusuna tam nəzarət edə bilməməsiylə bağlıdır və baş nazirin orduda “5-ci kolon” adlandırdığı güclər Azərbaycana qarşı təxribat planlaşdırırlar. Ermənistandakı Rusiyaya bağlı güclərin sərhəddəki erməni zabitlərinə “Paşinyanın əmrini yerinə yetirməyin” çağırışları da bundan xəbər verir. Ermənistan ordusundakı “5-ci kolonun” məqsədi 4 kəndi qorumaq deyil, onsuz da bunu bacarmayacaqlar, Paşinyanı devirməkdir”.

COMMENTS