“Rusiyaya getməyin!” – Qırğızıstan hökuməti vətəndaşlara müraciət edib

“Rusiyaya getməyin!” – Qırğızıstan hökuməti vətəndaşlara müraciət edib

Qırğızıstan hakimiyyəti Moskva vilayətində baş vermiş terror aktından sonra Rusiya tərəfinin gücləndirilmiş təhlükəsizlik tədbirləri gördüyünü nəzərə alaraq, respublika vətəndaşlarına üzrlü səbəblər olmadan müvəqqəti olaraq Rusiyaya səfərdən çəkinməyi tövsiyə edib. 

“AzPolitika” xəbər verir ki, bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir: “2024-cü il martın 22-də Moskvanın “Crocus City Hall” konsert zalında baş vermiş, çoxlu sayda insanın ölümü və yaralanması ilə nəticələnən terror aktı ilə əlaqədar olaraq gücləndirilmiş təhlükəsizlik və antiterror tədbirləri tətbiq edilib. Rusiya ərazisində terrorizmdən qorunmaq üçün Xarici İşlər Nazirliyi Rusiya Federasiyasına səfər etmək üçün ciddi səbəbləri olmayan Qırğızıstan vətəndaşlarına əlavə təhlükəsizlik tədbirləri və dövlət sərhədindən girişə gücləndirilmiş nəzarət götürülənə qədər müvəqqəti olaraq onun ərazisinə getməkdən çəkinməyi tövsiyə edir”.

COMMENTS